AXCP sədri Əli Kərimli Gəncədə Heydər Əliyev parkına şüarlar yazdığına görə həbs edilən gənclərlə bağlı “facebook” səhifəsində yazı paylaşıb:
“Gənclər diktaturaya bu dəfə də Gəncədə yox deyiblər. Gənc fəallar Tapdıq Məmmədov və Elmir Təhmin Heydər Əliyev parkına “Diktaturaya yox!” və s. şüarlar yazdığına görə 30 sutka inzibati həbs cəzası alıblar. İndi əsl yeridir ki, heykəl məhbusu Qiyas İbrahimovun məhkəmədə rejimə necə nəsihət verdiyini xatırlayaq. Qiyas dedi ki:
“Bir neçə il bundan qabaq xeyli gənci şərləyib həbs edəndə ümid edirdiniz ki, cəmiyyəti qorxudacaqsınız, gənclərə göz dağı verəcəksiniz. Ancaq olmadı, gənclik sizdən qorxmadı. O həbslər mənə, Bayrama gözdağı olmadı. Və ona görə də bu gün mən burdayam. Bizim də həbsimiz başqalarına gözdağı olmayacaq. Başqa gənclər sizin qurduğunuz rejimlə mübarizəni davam etdirəcəklər”.
Qiyas haqlı çıxdı!”