Azərbaycanda ana, ata və iki övladı maşının altında qaldı

xestexanaBu gün Gəncə şəhərində 26 yaşlı qızı naməlum avtomobil vurub.

“VAZ 2105” markalı minik avtomobili Aygül Adgözəlova ilə bərabər həyat yoldaşı, 1990-cı il təvəllüdlü Elxan Binnətov və övladları –  6 yaşlı Validə və 7 yaşlı İsraili vurduğu məlum olub.

APA-nın məlumatına görə, onlar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

E. Binnətov və övladlarına ilkin tibbi yardım göstərildikdən sonra ambolator müalicəyə buraxılıblar. A. Adgözəlova isə müxtəlif dərəcəli xəsarətlər aldığı üçün xəstəxanaya yerləşdirilib.