Bakıda avtobus piyada qadını vuraraq öldürüb

qezaBakı şəhərində avtobus yoldan keçən şəxsi vuraraq öldürüb.

DİN-in mətbuat xidməti xəbər verir ki, noyabrın 4-də saat 06:00 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini İlqar Hüseynov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən Kəmalə Rəhimovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.