Sabiq MTN zabitindən ilginc iddia

ilham-ismayil«Çovdarovun da, şefinin də  yaxın vaxtlarda bəraət alması haqqında xəbər çıxsa.., təəcüblənməyin»

İlham İsmayıl: «Hazırda baş verənlər göstərir ki, zaman keçdikcə Eldar Mahmudova qarşı münasibət dəyişə bilər»

Sabiq milli təhlükəsizlik xidməti zabiti İlham İsmayıl MTN işi ilə bağlı atılan addımlar, aparılan araşdırmalarla bağlı maraqlı fikirlər söyləyib. MTN-in sabiq rəhbəri E.Mahmudovun hələ də həbs olunmaması və müəmmalı şəkildə istintaqdan kənarda qalması bir çox suallar yaradır. İ.İsmayıl Moderator.az-a açıqlamasında vurğulayıb ki, MTN işi ilə bağlı sürprizlər hələ öndə ola bilər: “MTN işi”ndə hələ açılmayan, deyilməyən məsələlər, sürprizlər çox olacaq, hətta  Çovdarovun da, şefinin də  yaxın vaxtlarda bəraət alması haqqında xəbər çıxsa .., təəcüblənməyin».

Bu fikrə gəlməyə səbəbin nə olduğunu dəqiqləşdirmək üçün İ.İsmayıl ilə əlaqə saxladıq.

İ.İsmayıl bildirdi ki, bu sözlər daha çox E.Mahmudova aiddir: «Eldar Mahmudovun dövlət qarşısında yox, hakimiyyət qarşısında müəyyən xidmətləri olub. Bu xidmətlərin nədən ibarət olduğunu özləri bilirlər. Eldar Mahmudov bu gün də iddialıdır. Onun iddiası barədə zaman-zaman məlumatlar mətbuatda dərc olunur. Onun indiyə qədər bir tükünə belə xələl dəyməməsi, firmalarının fəaliyyətini davam etdirməsi göstərir ki, zaman keçdikcə Eldar Mahmudova qarşı münasibət dəyişə bilər. Eldar Mahmudovla bağlı hətta xaricdən də təzyiqlər mümkündür. Ola bilsin ki, Eldar Mahmudov Azərbaycanın hansısa strateji informasiyasını versin və onun müqabilində də xaricdən dəstək alsın. Bu barədə müəyyən informasiyalar var. Bu fikirləri söyləməklə bir qədər də dövləti qınamışam. Çünki bu adamları bu qədər cinayətlərin qarşısında hara buraxmaq istəyirsiz? Burada dediklərimdə birbaşa mənadan çox, dövləti qanamaq məqsədi var».

Hikmət