Maliyyə Palatasının qara bazar əməliyyatı

dollarAzərbaycan Respublikası Mailyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları əhalinin çox toplaşdığı ərazilərdə gəzirlər. Kəşfiyyat xarakterli müşahidələrdə əsas məqsəd qanunsuz valyuta mübadiləsi aparanları müəyyən etməkdir.

Bu barədə jurnalistlərə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

“Bazardakı qanunsuz əməlləri diqqətdən kənarda qoymuruq. Bizə də bu barədə məlumatlar daxil olur, o cümlədən, əhalinin çox toplaşdığı yerlərdə monitorinqlər aparırıq. Biz qanunsuz valyuta əməliyyatı aparan şəxsləri aşkar edərək, hüquq mühafizə orqanlarına müraciət edirik.

Bir müddət öncə, prokurorluq, təhlükəsizlik orqanları və bizim Palatanın əməkdaşları ilə birgə bir əməliyyat keçirilmişdir. Bu zaman bir qrup qanunsuz mübadilə əməliyyatları aparan şəxslər və obyektlər aşkar edilərək qanunamüvafiq tədbirlər görülmüşdür”.

Son zamanlar bizə bu barədə müraciətlər daxil olur. Xüsusilə, mətbuat vasitəsilə də məlumatları toplayırıq. Əldə etdiyimiz məlumatları hüquq – mühafizə orqanlarına əməliyyat üçün təqdim edirik. Ümid edirəm ki, yaxın günlərdə müvafiq orqanlar tərəfindən daha aktiv və operatv tədbirlər görüləcəkdir”,- Rüfət Aslanlı bildirib. (Marja)