«Məhkəmə bəziləri haqda həbs qərarı çıxarır, bəzilərini sərbəst buraxır. Qanuna hamı riayət etməlidi. Bunlar işi bilərəkdən bu nöqtəyə gətirdilər. İstər deputat ol, istərsə də başqası – çağırıblarsa, ifadə verməyə getməlisən».
Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu HDP-çi yetkililərin həbsini şərh edərkən deyib.
Çavuşoğlu bildirib ki, hüququn üstünlüyünün nümunə kimi göstərildiyi Avropada da oxşar addım atılıb: «İspaniyada bələdiyyə sədri ifadə verməyə getməkdən imtina etdiyi üçün həbs edilib. Terrora dəstək verirsinizsə, məhkəmə də sizdən hüquq çərçivəsində hesab sorar. «Məni ifadə verməyə heç kim məcbur edə bilməz» desən, apararlar, ifadəni alarlar. Kaş ki gedərdilər. Ümid edirəm ki, bundan dərs çıxararlar. Türk məhkəmələrini, türk qurumlarını tanımalı olduqlarını başa düşərlər”.
Həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən verilib.
HDP-nin həmsədrləri S.Dəmirtaş və F.Yüksəkdağ iyunda ifadələri alınması üçün Ankara Cümhuriyyət Baş Prokurorluğunun çağırışına məhəl qoymayıblar.
Gültəkin