Xətaidə 2 mənzil yandı

yangin-yeniXətai rayonunda yeddimərtəbəli, mansard tipli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 75 m2 sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 340 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 55 m2 sahədə yanıb.

 

Hər 2 mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

 

Yanğın saat 05:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.