Misir pulunu tam sərbəst “üzməyə” buraxdı və faizi 300 bənd artırdı
Misir Mərkəzi Bankı milli pul vahidini Cüneyhi “dalğalanmağa” buraxıb və faizi 300 faiz bəndi yüksəldib.
Misir Mərkəzi Bankı, valyuta məzənnəsinin tələb və təklif əsasında müəyyən olunacağını qeyd edib.
Sədri Tarek Amer, Misir Mərkəzi Bankının məzənnəsini liberallaşdırıldığını bildirib.
MİSİRDƏ İQTİSADİ VƏZİYYƏT
Misirdə son üç ildə hakimiyyətə gələn üç ayrı hökumət tərəfindən tətbiq olunan iqtisadi siyasətlər, Süveyş Kanalı gəlirlərinin azalması və 31 Oktyabr 2015-də Sina Yarımadasında düşən Rusiyanın sərnişin təyyarəsindən sonra turist sayında 70%-ə çatan geriləmə, ölkəni iqtisadi böhranın astanasına gətirib.
VALYUTA EHTİYATLARI AZALIR
Valyuta ehtiyatlarında baş verən azalma, Misir Cüneyhinin dollar qarşısında dəyər itirməsinə səbəb olub. Bazarda bir il əvvəl ABŞ dollarının dəyəri 8 cüneyh ikən, bu günlərdə 17 cüneyhe qədər yüksəlib.
VALYUTA DƏYİŞMƏ MƏNTƏQƏLƏRİ BAĞLANIB, “QARA BAZAR” YARANIB
Hökumətin üç ay əvvəl dolların yüksəlişini dayandırmaq üçün ölkədəki bütün valyuta dəyişmə məntəqələrini bağlaması, dolların da “qara” bazarının formalaşmasına və daha çox bahalaşmasına səbəb olub.
ƏRZAQ QİYMƏTLƏRİ 100% ARTIB
Dolların yüksəlməsi, həmçinin əsas ərzaq qiymətlərini yüz faiz artırıb. Xüsusilə son bir aydır ki, ölkədə baş verən şəkər qıtlığı problemi heç cür həll edilməmişdir. Təhlükəsizlik orqanları, şəkər tacirləri və spekulyantların anbarlarına basqınlar edərək ehtiyatlarına əl qoyur.
Dükanlarda şəkər tapmaq az qala qeyri-mümkün olduğu Misirdə, böyük marketlərin yer aldığı Qahirə, Qiza və İskəndəriyyə kimi şəhərlərdə isə adam başına ən çox 5 kiloqram şəkər satılır. Böhrandan əvvəl 5 cüneyh olan şəkərin kiloqramının qiyməti 10 cüneyhi keçib.
Bazarda düyü sıxıntının da başladığı şayiələri, xalqın bu məhsula sanki hücum etməsinə səbəb olur. (Marja)