Hərraclara çıxardılan dövlət əmlaklarının çoxu alınmır

obyektÖzəlləşdirilmə hərraclarına çıxardılan dövlət əmlaklarının çoxu alınmır. “Marja” xəbər verir ki, hərraca çıxardılan obyektlərin yarısı belə alıcı tapmır.

Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 25 oktyabr tarixində növbəti hərracı keçirib. Bu hərracda ümumilikdə 31 dövlət əmlakı özəlləşdirilib. Halbuki, hərraca  84 dövlət əmlakı özəlləşməyə çıxarılmışdı.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 01 noyabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı keçirilmiş növbəti  hərracda ümumilikdə 19 dövlət əmlakı olmaqla 1 səhmdar cəmiyyəti, 1 nəqliyyat vasitəsi və 17 kiçik dövlət müəssisə və obyekti  özəlləşdirilib.   1 noyabr tarixində keçirilmiş  hərraca 101 dövlət müəssisə və obyekti çıxarılmışdı.

Sentyabr ayından obyektlər bazar qiyməti ilə qiymətləndirilir.

İqtisadçı-ekspert Rəşad Əliyev bununla əlaqədar deyib ki, hərraca çıxarılan obyektlərin investisiya cəlbediciliyi yoxdur. “Bu tipli obyektlər əmlak bazarında da kifayət qədər təklif olunur. Bazarda isə belə obyekt çətin satılır. Digər tərəfdən isə nəzərə alın ki, bunlar “qalıq mallardı “. Yəni elə əvvəldən də yönlü-başlı obyektlər olmayıb, yoxsa çoxdan özəlləşdirilərdi”.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 1 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçiriləcəkdir.Hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb. Bunlardan 23-ü açıq səhmdar cəmiyyətləri, 62-si kiçik dövlət müəssisə və obyekti, 16-sı isə nəqliyyat vasitəsidir.