FED-in dekabrda faiz qartıracağı ehtimalı 80 faizə qalxdı

fedABŞ Mərkəzi Bankı FED-in Dekabr ayında faiz artıracağı ehtimalı güclənir.

Federal maliyyələşmə faizi perspektivliləri, Çərşənbə günkü Fed qərarının ardından, Dekabr ayında faiz artırımı ehtimalını 78 ilə 80 faiz arasında əks etdirir.

Çərşənbə günü reallaşan FOMC toplantısında rəsmilər faiz dərəcələrini sabit saxlayıb, lakin ilin sonunda faizin artırıla biləcəyinə işarə ediblər. Fed-ə görə faiz artırmaq üçün şərtlər yaxşılaşıb. Sadəcə şərtlərin yaxşılaşdığından tam əmin olmaq üçün bir az da gözləmək qərarı verilib.

 

(marja)