“Ehtiyatlar tükənir, ölkə təhlükənin astanasındadır”

nemet-eliyev«İxrac yönümlü fəaliyyətdə və idxalıəvəz edən yerli malların istehsalında əməli şəkildə dönüş yaratmaq mümkün olmazsa, xarici valyuta ehtiyyatlarının tükənməsinin qarşısını almaq mümkün olmayacaq».
Bu barədə iqtisadçı-ekspert Nemət Əliyev Facebook səhifəsində yazıb.
N.Əliyev deyir ki, gömrük məlumatlarına görə bu ilin ilk 9 ayında (ötən ilin eyni dövrünə nəzərən) qeyri-neft mallarının ixracı 1 milyard dollara yaxın və ya 37% azalıb. Neft mallarının ixracı isə bu müddətdə 2,4 milyard dollar və ya 33% azalıb. Hələ yalnız bu istiqamət üzrəölkəyə valyuta daxilolmaları 3,3 milyard dollardan çox azalıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumatların təhlili göstərir ki, qeyri-neft istehsalı da düşməkdə davam edir. Hətta emal sahələrinin 48%-ni tənəzzül bürüyüb”.
İqtisadçının sözlərinə görə, nə ixracyönümlü fəaliyyətdə, nə də yerli istehsalda mənfi tendensiyanı durdurmaq mümkün olduğuna görə vəziyyət daha da pisləşib: “Hazırkı gedişat iqtisadi və sosial baxımdan çox təhlükəlidir. Bu gedişat bir müddət də davam etsə, ehtiyyatların tükənməsi prosesi daha da sürətlənəcək və bu prosesi dayandırmaq xeyli çətin olacaq”.