Rusiyada dollar bahalaşır

rubl dollarRubl Moskva Birjasında artıq 4 gündür ki, ardıcıl olaraq aylıq minimumunu yeniləyən neftin qiymətinin arxasınca ucuzlaşır.
Fins.az-ın verdiyi məlumata görə, dollar MosBirjada 23 kopeyka artaraq 28 sentyabrın maksimumunu yeniləyib və 63,5725 rubl təşkil edib. Avro da bahalaşma tendensiyası nümayiş etdirib: məzənnə 46 kopeyka artaraq 70,4625 rubla bərabər olub.
MosBirjanın iyuldan bəri görmədiyi də məhz bu həftə ərzində baş verdi: avro 3 rubl, dollar isə 1,2 rubl artıb. Neft isə 9% ucuzlaşıb.