Bakı sakini dəm qazından zəhərlənərək ölüb

qaz_yanarBakıda dəm qazından daha bir ölüm faktı qeydə alınıb.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Şahin Məmmədov dəm qazından zəhərlənmə əlaməti ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.