81 yaşlı şəxs Livanın prezidenti oldu

livan

Livan məclisində prezident seçkilərinin ikinci turu keçirilib. 128 vəkildən ibarət məclisdə 83 vəkilin səsini alan Hizbullahın da dəstəklədiyi 81 yaşlı General Mişel Avn Livanın 13-cü prezidenti seçilib. O, 6 il müddətinə prezident vəzifəsini icra edəcək. Qeyd edək ki, Mişel Süleymanın 2014-cü ilin may ayında istefasından sonra ölkədə prezident vəzifəsi boş idi.

Azadliq.info