guney-azerb-zelzele

İtaliyada yeni güclü zəlzələ baş verib

guney-azerb-zelzeleİtaliyanın mərkəzində yerləşən Norcia şəhərində zəlzələ baş verib, bir çox ev dağılıb.

Bazar günü baş vermiş zəlzələnin gücü 6.6 bal olub.

İndiki təbiət hadisəsi avqust ayında baş vermiş və bir sıra kəndlərin məhv olmasına səbəb olmuş zəlzələdən daha güclüdür.

Hadisə nəticəsində yaralılar var və bir sıra ölüm halları barədə məlumatlar gəlir.

Ötən həftə bu ərazidə baş vermiş növbəti zəlzələlərdən sonra sakinlərin əksəriyyəti təxliyə olunmuşdu.

Zəlzələ Romada və Venesiyada da hiss edilib.

Zəlzələnin episentri 1.5 kilometr dərinlikdə olub.

Norcia Müqəddəs Benedict-in doğulduğu şəhər kimi qəbul edilir. Burada olan San Benedetto monastrının rahibləri zəlzələdən sonra Müqəddəs Benedict Bazilikasının dağıldığını göstərən foto paylaşıb. Onlar bildiriblər ki, rahiblər sağ-salamatdır. Amma sakinlər evlərin dağılacağından qorxaraq əsas meydana toplaşıb, rahiblər qeyd edib.

AP yazır ki, səhər Bakı vaxtilə saat 10.40-da baş vermiş titrəmədən sonra qorxmuş sakinlər küçələrə qaçıb.

Zəlzələdən sonra Romada metrodan istifadə müvəqqəti dayandırılıb.