Bakıda İran vətəndaşına qarşı 100 min dollarlıq dələduzluq edilib

polis-bolmesiNaxçıvan şəhər sakini İran vətəndaşına qarşı dələduzluq edib.

“Report”un məlumatına görə, İran İslam Respublikasının vətəndaşı, 57 yaşlı Tağı Doqangeh hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2011-ci ilin oktyabr ayında Naxçıvan şəhər sakini 56 yaşlı Zakir Əsgərov onu aldadıb 100 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.