Rusiya Səudiyyə Ərəbistanının təklifini rədd etdi

seudiye neftSəudiyyə Ərəbistanı neft hasilatını 4% azaltmağa hazırdır.

Rusiya isə, Səudiyyə Ərəbistanı və OPEK-ə daxil olan digər körfəz ölkələrinin neft hasilatını 4 faiz azaltmaqla bağlı təklifini qəbul etməyib.

TASS xəbər verir ki, Rusiya tərəfi hasilatı indiki səviyyədə dondurmağa hazır olduğunu, lakin azaltmaqla bağlı təklifi rədd etdiyini bəyan edib.

Körfəz ölkələrinin neft hasilatı 4 faizə qədər azaltmaqla bağlı təklifinin 28-29 oktyabrda Vyanada keçiriləcək iclasda da irəli sürüləcəyi gözlənilir.