“Akula Akif” ləqəbli Akif Mustafayev Kosta Brava sahilindəki kazinoda həbs olunub
İspaniyanın Lioret-de-Mar şəhərində Azərbaycan vətəndaşı olan bir nəfər həbs edilib. Bu barədə məlumatı İspaniyanın məşhur “El Mundo” qəzeti yayıb.
Azadliq.info qəzetə istinadən xəbər verir ki, həmin şəxs keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxındır. Lakin qəzet onun adını açıqlamayıb.
Məlumatda deyilir ki, həmin şəxsin adı 285 min dollarlıq bir əməliyyatda hallanır. Bir neçə ay ərzində Azərbaycan vətəndaşı olan bu şəxsin axtarışı gedib. Nəhayət o, on gün öncə Kosta Brava sahilindəki kazinoda ələ keçib.
lavanguardia.com saytı isə məlumat yayıb ki, İspaniyada həbs edilən bu şəxs Eldar Mahmudovun və MTN-in mafiya qruplaşmasının əsas fiqurlarından biri olan “Akula Akif” ləqəbi Akif Mustafayevdir.
Eldar Mahmudov bandasının dağıdılmasından dərhal sonra “Akula Akif” Azərbaycandan İspaniyaya qaçmışdı.