Venesuelada polislə etirazçılar arasında toqquşma: ölən və yaralananlar var

venesuela acliqVenesuelanın Miranda ştatında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 1 polis əməkdaşı ölüb, daha 2-si yaralanıb.

Bu barədə Venesuelanın daxili işlər naziri Nestor Reverol bildirib.

Nazir həmçinin deyib ki, Suliya ştatında baş verən iğtişaşlar zamanı bir qrup etirazçıya atəş açan 3 polis əməkdaşı barəsində araşdırma aparılır.

Oktyabrın 26-da Venesuelanın bir sıra regionlarında həm  iqtidar, həm də müxalifət tərəfdarlarının nümayişləri keçirilib. “Foro Penal” qeyri-hökumət təşkilatının nümayəndəsi Alfredo Romeronun sözlərinə görə, müxalifətçilərin aksiyalarında 20 etirazçı yaralanıb, azı 140 nəfər polis tərəfindən saxlanılıb.

 

(apa)