ABŞ: “Rusiya və İransız mümkün deyil”

kerri«Suriya münaqişəsini Rusiya və İranın köməyi olmadan həll etmək mümkün olmayacaq».

Bu açıqlamanı ABŞ dövlət katibi Con Kerri verib. Kerri bildirib ki, Birləşmiş Ştatlar Suriya məsələsində bu ölkələrlə birgə faəliyyətə ehtiyac duyur.

Dövlət katibinin fikrincə, Rusiya və İranı danışıqlar prosesinin xaricində saxlamaq yeni problemlərin yaranmasına şərait yaratmaqdır: “Bir il əvvəl biz Suriyaya təsir imkanı olan ölkələri bir araya gətirmişdik. Və Suriyaya Beynəlxalq Dəstək Qrupu formalaşdırmışdıq. Ora Suriya münaqişəsinə cəlb olunan bütün dövlətlər, o cümlədən də Rusiya və İran daxildir. Bəziləri soruşurdu ki, siz niyə Rusiya ilə eyni masa arxasında oturursuz?! Otururuq, çünki onlar bu münaqişəyə cəlb olunublar və həllin tərkib hissəsi olmasalar, problemin bir hissəsi olacaqlar”.

Gültəki