ABŞ prezidenti Barak Obama Hillari Klintonu seçkiönсəsi debatlarda qələbəsi münasibətilə təbrik edib.
Obama «Tvitter» səhifəsində yazıb ki, bütün debatlarda nəticə demokratların prezidentliyə namizədi xanım Klintonun xeyrinə olub: «ABŞ prezidentliyinə heç vaxt heç kim bu qədər hazır olmayıb».
Klintonla respublikaçıların namizədi Donald Tramp arasında debatın son raundu bugünlərdə Las-Veqasda baş tutmuşdu.
CNN-in məlumatına görə, bu debatda tamaşaçıların 52 faizi Klintona, 39 faizi Trampa səs verib.
Gültəkin