Azərbaycan yığması FİFA reytinqində 45 pillə irəliləyib

azerbaycan-yigmasi-futbolFİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

FİFA-nın saytının yaydığı xəbərə görə, ötən ayla müqayisədə komandamız düz 45 pillə irəliləyib və hazırda 404 xalla 88-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, milli komandamız tarixində hələ heç vaxt bu qədər böyük irəliləyişə nail olmamışdı. Komandamızın bu uğuruna DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya ilə matçlardakı uğurlu nəticələr səbəb olub.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya 2-ci (+1), Şimali İrlandiya 36-cı (-6), Çexiya 40-cı (-7), Norveç 81-ci (-11), San Marino 201-ci (0) pillədə qərarlaşıb.

Növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.