İraq qoşunları Mosulu İD döyüşçülərindən azad etmək üçün ikinci gündür döyüşləri davam etdirir və iraqlı döyüşçülər “cədvəli qabaqlayıb”, Pentaqon deyib.
Pentaqon sözçüsü Peter Cook xəbərdarlıq edib ki, görünüşə görə İD əsgərləri “müqavimət göstərib döyüşmək” istəyir və buna görə Mosulu almaq “zaman ala bilər”.
Koalisiya döyüşçüləri bazar ertəsi günü səhər saatlarında döyüşlərə başlayıb.
İslam Dövləti adlandırılan döyüşçülər İraqın ikinci, ən böyük şəhəri sayılan Mosulu 2014-cü ilin iyun ayında ələ keçirib.
Ekstremistlərin lideri olan Abu Bakr al-Baghdadi xilafətin təməlinin qoyulmasını elan etmək üçün Mosul şəhərini seçib və buna görə də şəhərin geri alınması “simvolik” məna daşıyır, cənab Cook deyib.
Vaşinqtonda cənab Cook jurnalistlərə deyib: “Biz nə olsa da əminik iraqlılar bu işi görmək üçün kifayət qədər imkanlara malikdir və koalisiyanın digər tərkibi ilə birlikdə biz onlara dəstək olmağa hazırıq.”
Koalisiyaya daxil olan 30 min iraqlı, Kürd Peshmerga və sünni təriqətli döyüşçülər bir aylıq planlaşdırmadan sonra bazar ertəsi hücuma başlayıb.
Ehtimallara görə Mosulda 4000-8000 arası İD döyüşçüsü qalıb.

Kürdlər əməliyyatın saatlarında bir neçə kəndi ələ keçirib və bazar ertəsi gecəsi elan edib ki, 24 saat ərzində 9 kəndi ələ keçirməklə bütün əsas hədəflərinə çatıblar.
Döyüşlər şəhərə daha çox yaxınlaşdıqca orda yaşayan dinc sakinlərin vəziyyəti “böyük narahatlıq” doğurmağa başlayıb, Britaniya Beynəlxalq İnkişaf təşkilatının katibi Priti Patel deyib.
“Mosulun alınması İraqdakı İD döyüşçülərinin geri çəkilməsində vacib bir addım olacaq və onların dinc sakinlər üzərindəki zülmünə son qoyacaq”, o deyib.
“Buna baxmayaraq bir milyondan çox insan hələ də bu şəhərdə yaşayır və aydındır ki, onların müdafiəsi və yaxşı vəziyyətdə olmasını təmin etmək böyük narahatlıqdır.”
İraq hökuməti Mosula hücum zamanı sakinlərin nə etməli olması haqqında onlara minlərlə məlumat bukletlərini paylayıb.
“Mən bildiyim qədəriylə Mosul sakinlərinin öz təhlükəsizliklərini təmin etmələri üçün hücum zamanı nə etməli olmasını göstərən 7 milyon məlumat bukleti növbəti 48 saat ərzində onlara paylanıb”, cənab Cook deyib.