“Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirlinin xanımı Lalə Əmirli bu gün 1 saylı Kürdəxanı İstintaq Təcridxanasında onunla görüşə nail olub.
Vəkil Aqil Layıc Ədliyyə Nazirliyinin qaynar xəttinə müraciət etdikdən sonra, şikayət araşdırılmaq üçün pentensiar xidmətə göndərilib. Qurumdan görüşlə bağlı heç bir problem yaranmayacağı bildirilib.
Bu həbs olunandan sonra onların ilk görüşüdür.
“Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan xalq Cəbhəsi Partiyası ( AXCP) sədrinin köməkçisi Faiq Əmirli avqustun 20-də yaşadığı binanın qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onun avtomobilinin yük yerindən Fethullah Gülənin bir neçə kitabının çıxdığı deyilir.
Bundan sonra avqustun 22-də Nəsimi Rayon Məhkəməsində barəsində Faiq Əmirli 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) maddəsi ilə ittiham verilib.
Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə işçi qrupunun oktyabrın 17-də açıqladığı hesabatda isə Faiq Əmirlinin siyasi motivlərlə həbs olunduğunu bildirib.