Binəqədidə yanan bina ilə bağlı məhkəmə prosesi təxirə salınıb

bina-yangin-19may2015Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, zamində olan təqsirləndirilən Ağacavad Məmmədov iclasa gəlməyib. Buna görə proses oktyabrın 19-na təxirə salınıb.