“Russia today”ın Britaniyadakı bütün hesabları bağlandı

rt-rossiya-todayBöyük Britaniyada Rusiyanın “Russia today” telekanalının bütün hesabları dondurulub. Bu barədə kanalın redaktoru Marqarita Simonyan Tvitter-də yazıb.

Qərarı şərh edən Rusiya xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova bunu Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə izah edib.

“Russia today”ın London müxbirinin verdiyi məlumata görə, NatWest bankından telekanala göndərilən məktubda deyilir ki, şirkətlə bankın müqavilələrinə yenidən baxılır. Bankın məlumatına görə, telekanal artıq onların xidmətindən istifadə edə bilməyəcək. Hesablar dekabrın 12-dən dondurulacaq.