Türkiyədə terrorçu özünü partlatdı: 3 şəhid, 8 yaralı

partlayish-turkiye

Türkiyənin Qaziantep şəhərində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 3 polis şəhid olub.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, 4 suriyalı olmaqla 8 nəfər yaralanıb.

Polis şəhərdə daha bir “canlı bomba”nı axtarır.

***

Türkiyə polisi Qaziantep şəhərində antiterror əməliyyatı keçirib.

“СNN Türk” telekanalının verdiyi məlumata görə, buna səbəb polisə Qaziantep Universiteti qarşısındakı küçədə evlərdən birində “canlı bomba”ların olduğu barədə məlumat verilməsi olub.

Əməliyyat zamanı terrorçulardan biri üstündəki partlayıcı qurğunu işə salıb. Nəticədə bir neçə polis əməkdaşı və mülki şəxs yaralanıb. İkinci “canlı bomba” polislə atəş açmaqda davam etsə də, conda sağ ələ keçirilib.