Zayidovların məhkəməsi yenə təxirə salındı VİDEO

zahidovBu gün Sumqayıt Apellyasiya məhkəməsində Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zayidovların işi üzrə məhkəmə baxışı keçirilib. Vəkil Tahir Xanəliyev hakimlərin nəzərinə çatdırıb ki, müdafiə tərəfində olan bütün hökmlərin hamısında Rövşən Zayidov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir. Lakin ona sanksiyada nəzərdə tutulandan artıq cəza verilib. Hakim bildirib ki, onlarda olan hökmdə CM- nin 234.4.3 maddəsi ilə hökm çıxarılması qeyd olunub. Bu texniki səhvdir. Vəkillər iddia ediblər ki, iş materialında olan nüsxə sonradan dəyişdirilib. Belə olan halda da bu xüsusi qərarla olmalıydı. Lakin bu məsələ nəzərə alınmayıb. Vəkil Tahir Xanəliyev onu da bildirib ki, Rövşən Zayidova ilk olaraq CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdı. Sonradan sifarişlə cinayət işi ağırlaşdırırdı.
Hakimlər ziddiyyətin aradan qaldırılması üçün prosesi oktyabrın 21-nə təxirə salıb.

Təzəxan