ABŞ Mərkəzi Bankı Fedin Boston şöbəsinin sədri Eric Rosengren Fedin proqnozlardan daha sürətlə faiz artırmaq məcburiyyətində qalacağını söyləyib. Rosengren, Fedin çox gözləməsinin faizlərdə daha sərt artım atması tələb edəcəyini bildirib.
CNBC televiziyasına danışan Rosengren iqtisadiyyatın tam məşğulluğa və inflyasiya hədəfinə yaxın olduğunu və faizlərin artırılması lazım olduğunu söyləyib.
Dekabrdakı iclasdan sonra mətbuat konfransı da təşkil olunacağını xatırladan Rosengren, “Dekabrda faiz artırımı məqsədəuyğun görünür” açıqlamasını edib.
Bu il FOMC-da səsvermə hüququ olan Rosengren Sentyabr toplantısında faizləri dəyişdirməmək qərarına müxalif qalan 3 üzvdən biri idi.
Fedin növbəti iclası Noyabrda ABŞ Prezident seçkilərindən 6 gün əvvəl baş tutacaq.
Qeyd edək ki, Fedin faiz artırması ehtimalı gücləndikcə Dollar mühüm valyutalar qarşısında bahalaşır. İlin sonuna qədər ABŞ valyutasının daha da güclənəcəyi gözlənilir.