Aygün Kazımova avtomobil qəzası keçirdi FOTO

Xalq artisti Aygün Kazımova qəza keçirib. O, tədbirlərdən birinə gedərkən yolda avtomobili ilə yolun kənarındakı çuxura düşərək qəza keçirib. Müğənni xəsarət almadan təhlükədən sovuşsa da, “Chevrolet Camaro Cabriolet” markalı avtomobildə kiçik cızıqlar yaranıb.

A.Kazımova hər şeyin qaydasında olduğunu deyərək hətta zarafat da edib: “Hamısı bəd nəzərdir…” (axşam.az)