Döyçe Bank-a (Deutsche Bank AG) görə, yuan Çin hökumətinin mənzil bazarını yavaşlatması səyləri, daha yumuşaq pul siyasətləri və ABŞ-da borc xərclərinin yüksəlməsi (faizlərin artması) nəticəsində Çindən kapital çıxışlarını sürətləndirilməsinin təsiri ilə qarşıdakı iki ildə dollar qarşısında 17% dəyər itirəcək.
Detusche Bank iqtisadçılarından Zhiwei Zhang və Li Zengin qələmə aldığı bir hesabatda, yuanda səviyyə proqnozlarına yer verilib. Hesabata görə, yuan 2017 və 2018-ci illərini, dollar qarşısında müvafiq olaraq 7.1 və 8.1 səviyyələrindən tamamlayacaq. Döyçe iqtisadçılarına görə, Çinin iqtisadi artımı gələcək rübdə 6.2%-ə geriləyəcək və gələcək bir neçə ayda kapital çıxışları artacaq.
Yuan, ABŞ-da faiz artırımına dair gözləntilərin güclənməsi və Çinin ixracının kəskin azalmasının təsirilə, bu həftə dollar qarşısında 0.8% dəyər itirib.
Zhang və Zengin hesabatında, “Fedin faiz artırması, Çindəki mənzil “şarının” boşalması və Çin Mərkəzi Bankının (PBOC) 2017-ci ildə ekspansionist siyasət aparması ehtimalı uzunmüddətli kapital çıxışlarına səbəb olacaq” ifadəsi yer alıb.