Portuqaliyanın keçmiş baş naziri Antonio Quterreş BMT-nin yeni baş katibi təyin edilib. Qərar oktyabrın 13-də BMT Baş assambleyasının iclasında qəbul edilib.
Quterreş BMT-nin ümumilikdə 193 üzvü var.
BMT təhlükəsizlik şurasınınsa 5 daimi üzvü var. Bunlar ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransadır.
Şuranın qalan 10 qeyri-daimi üzvüləri isə 2 ildən bir dəyişir.
67 yaşlı Quterreş bu vəzifədə Cənubi Koreyanın nümayəndəsi Ban Ki Moonu əvəz edəcək.
2 müddət təşkilata baş katiblik edən Ban Ki Moonun səlahiyyətləri 2016-cı ilin sonunda bitir.
Baş katib 5 ildən bir seçilir.
Antonio Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 2005-2015-ci illərdə BMT-nin qaçqınlar üzrə ali komisarı olub.