Zaqatalada 18 yaşlı qız intihara cəhd edib

intihar-dermanZaqatalada 18 yaşlı qız dərmandan zəhərlənib.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, bu gecə Aşağı Tala kənd sakini, 1998-ci il təvəllüdlü Fatimə İbrahim qızı Rəcəbova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, bir-neçə dərman qəbul edən F.Rəcəbova zəhərlənib. Reanimasiya şöbəsinə yerləşdirilən qıza lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

Rayon Polis Şöbəsindən bildirilib ki, Fatimə Rəcəbova yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra dərman qəbul edib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. (APA)