ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
ANS-in vəkili Sevda Məhərrəmova “Report”a bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.
İşə hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.