Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli.az-a müsahibə verib.
YAP-çı deputat müsahibədə bildirib ki, məsciddən kənarda ehsan da verilə bilməz: “Bütün axund və imamlara da tapşırılıb ki, insanlar məhərrəmlikdə birlikdə namaz qıla, qan verə, müxtəlif şeylərdən ehsan edə bilərlər. Amma bunlar hamısı məscidin daxilində olmalıdır. Bütün bayraqlar və atributlar da məscidin daxilində olmalıdır. Ehsanlar da verilə bilər, ayinlər də həyata keçirilə bilər. Amma yalnız məscidin daxilində”-deyə Siyavuş Novruzov bildirib.

YAP evdə ehsan verilməsinə də qarşı çıxır
•
•