Dövlət Neft Fondu (DNF) Azərbaycan Beynəlxalq Bankında yerləşdirdiyi 1 milyard dolları 1 il müddətinə depozit qoyub. DNF-ın mətbuat xidmətindən fins.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, həmin vəsait illik 4 faizlə yerləşdirilib.
“DNF Azərbaycan Beynəlxalq Bankına “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 2.1.3.-cü bəndinə uyğun olaraq yerləşdirilib. 1 milyard ABŞ dolları həcmində depozit 1 il müddətinə 4%-lə yatırılıb”.
Xatırladaq ki, Beynəlxalq Bankı xarici öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı DNF həmin bankda vəsait yerləşdirib.