Fransız Jean-Pierre Sauvage, şotland əsilli amerikalı J. Fraser Stoddart və holland Bernard L. Feringa “dünyanın ən balaca maşınları” – idarə edilə bilən molekulların dizaynı və sintezinə görə kimya üzrə Nobel Mükafatına layiq görülüb.
Bu “molekulyar maşınlar” yeni materiallar, sensorlar və enerji saxlama sistemlərinin inkişafı üçün istifadə oluna bilər, – İsveç Krallığının Elmlər Akademiyası mükafatın elan olunması zamanı elan edib.