Vergi borcuna görə 555 müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyulub

stopVergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən “APA-ya verilən məlumata görə, 4 oktyabr tarixinə vergi borcu olduğuna görə 555 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.