Rusiya iqtisadiyyatı ilk 8 ayda 0,7 faiz geriləyib

rusiya ishsizlerRusiyanın İqtisadi İnkişaf Nazirliyinin göstəricilərinə görə, Rusiyada Ümumi Daxili Məhsul 2016-ci ilin ilk 8 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalıb.

Avqust ayında isə əvvəlki aya nisbətən ÜDM dəyişməyib.

İlk 8 ayda ixrac 25,8 faiz azalma ilə 173,6 milyard dollar olub, idxal isə 5,9 faiz azalaraq 118 milyard dollar təşkil edib.

Yanvar-Avqust ayında Rusiyanın xarici ticarət profisiti isə keçən ilin eyni dövrü ilə müqayisədə 48,8 faiz azalaraq 55,6 milyard dollar olub.