“Beynəlxalq Sığorta Şirkəti” bağlana bilər

beynelxalq sigorta shirketiSabah “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin (BSŞ) fəaliyyətinə xitam verilməsi məsələsi müzakirə olunacaq. Bununla bağlı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

Xatırladaq ki, şirkətin yanvar-avqust ayları üzrə yığımları  786 529,72 manat, ödənişləri 2 290 106,30 manat olub. (Fins.az)