“Arzu edirəm ki, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr həllini tapsın”.
Bunu Bakıda səfərdə olan Roma Papası Francis Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüşdə çıxışında deyib.
Roma Papası bildirib ki, dinlər hər hansı etnik və ideoloji mənsubiyyət zorakılığının əleyhinədir. (APA)
Roma Papası bildirib ki, dünyada hazırda çoxsaylı münaqişə yaşanır: “Bu cür təhlükəli meyllərə qarşı qətiyyətlə mübarizə aparmaq üçün sülh mədəniyyətini inkişaf etdirməliyik. Bu dialoqun aparılması üçün bütün işlərə səbirlə yanaşmalıyıq. Bu gün ahəngdarlıqdan söhbət gedirsə, dövlətlərarası əlaqələrdə də müdrik addımlar atmalıyıq. Çalışmalıyıq ki, insanların azadlığı bərqərar edilsin. Bu halda sülh təmin olunur. Azərbaycana gəlincə, səfərin ilk dəqiqələrindən anladım ki, nə qədər insan qanlı münaqişədən əziyyət çəkir. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət bunu daimi diqqətdə saxlasın və yardım göstərsin. İstərdim ki, bölgədə sülh bərqərar olsun. Arzu edirəm ki, həll variantı tapılsın, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr həllini tapsın. Qərblə Qərbin qovşağında sülh bərqərar olsun. İstərdik ki, bu qapı hər zaman sülhün üzünə açıq olsun”.
Papa ictimaiyətlə görüşdən qabaq ölkə başçı İlham Əliyev tərəfindən rəsmi mərasimlə qəbul edilib. Sonra o, Şəhidlər Xiyabanını ziyarət edib və “Əbədi məşəl” kompleksinin önünə əklil qoyub.
***
Roma papası Fransisk Azərbaycanda rəsmi səfəri çərçivəsində Bakıda Katolik kilsəsində dini ayinlər icra edilib.
Dini ayin icra edildikdən sonra Roma papası nitq söyləyib və müqəddəs “İncil” kitabından sitatlar gətirib.
Roma papası insanlara imanlarını artırmağa çağırış edib. O qeyd edib: “İman bizi rəbbimizə bağlayan qızıl bir ip olmalıdır, iman hıyatımıza bərabər olan bir hədiyyədir”.
Roma papası müqəddəs Məryəmin sözlərinə əsaslanaraq Bakıda mesajını çatdırıb. O deyib: “İmanın bəhrəsi sevgidir, sevginin bəhrəsi ibadətdir, ibadətin bəhrəsi sülhdür” (modern.az).
***
Oktyabrın 2-də Roma Papası Francis Tbilisidən Bakıya gəlib. H.Əliyev adına hava limanında onu baş nazirin birinci müavini Yaqub Eyyubov və başqa rəsmi şəxslər qarşılayıb.
Son məlumata görə, Katolik kilsəsində Roma papası Francisin iştirakı ilə dua mərasimi başlayıb. Mərasimdə Azərbaycandakı xristian icmaların nümayəndələri iştirak edir.
Katolik kilsəsindəki nahardan sonra prezident İlham Əliyevlə təkbətək görüşəcək.Daha sonra Şəhidlər Xiyabanında olacaq.
Heydər Əliyev Mərkəzində hökumət, ictimaiyyət və diplomatik korpus nümayəndələri ilə görüşəcək.
Heydər məscidində Allahşüküh Paşazadə ilə fərdi görüşdən sonra digər dini icmaların nümayəndələri ilə də görüşəcək. Axşam saat 7-də Papa Bakını tərk edəcək.
Roma Papasının Azərbaycana səfəri «Hamımız qardaşıq» şüarı altında həyata keçirilir.