Bakıda 34 yaşlı kişi özünü asıb

olum-intiharSabunçu rayonunda intihara cəhd hadisəsi baş verib. “Report”un xəbərinə görə, Maştağa qəsəbəsində, “Savalan” yaşayış massivində yaşayan 34 yaşlı Zəkəriyyə Hüseynov özünü həyətdəki yarımtikilidə asaraq intihara cəhd edib. İntiharın qarşısı onun ailə üzvləri tərəfindən alınıb. 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir.