Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri, professor Cəmil Həsənli Azərbaycanda diplomatik missiyasını başa vurmaqda olan Böyük Britaniya səfiri İrfan Siddiqlə görüşüb.
C.Həsənli Turan-a bildirib ki, görüşün mövzusu Azərbaycanda ictimai siyasi vəziyyət, ikitərəfli münasibətlər və regional məsələlər olub.
C.Həsənli demokratiya və insan hüquqları məsələsində səfirin rolunu və mövqeyini qeyd edib, ona təşəkkürünü bildirib.



