Xırdalanda fəhlə 8-ci mərtəbədən yıxılaraq ölüb

meyit3Fəhlə çalışan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin rəsmi saytı xəbər verir ki, mayın 3-də Xırdalan şəhərində yeni tikilən binalardan birində fəhlə işləyən Abşeron rayon sakini Alim Alıyev həmin binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.