Məşhur haker qrupu “Anonymous” yaxın bir ayda bütün ölkələrdə Mərkəzi bankarın saytlarına hücum edəcəyini elan edib. Ötən gün Yunanıstan Mərkəzi Bankının saytına hücum edən qrup üzvləri digər ölkələrin Mərkəzi banklarının saytlarına hücum planlaşdırdığını açıqlayıb. Yunanıstan tərəfinin məlumatına görə, hücum bir neçə dəqiqə davam edib. Bankın təhlükəsizlik sistemi hücumun öhdəsindən gəlsə də, sayt bir müddət işləməyib.
2003-cü ildə yaradılan “Anonymous” haker qrupu “PayPal”, “Master Card”, İnterpol, Avropa Komissiyası və Vatikanın saytlarını sıradan çıxarıb.



