İlqar Məmmədov deputatlığa namizədliyini irəli sürdü

ilqar-mammadovRespublikaçı Alternativ Hərəkatının sədri (ReAl) İlqar Məmmədov 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə “ReAl”ın icra katibi Natiq Cəfərli məlumat verib.

O bildirib ki, İ.Məmmədovun sənədləri 90 saylı Ağdaş Seçki Dairəsinə təqdim olunub və dairədən imza vərəqələri götürülüb.

Qeyd edək ki, İlqar Məmmədov hazırda həbsdədir. O, 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.