Hacı Məmmədov cəzaçəkmə müəssisəsinə göndərilməlidirmi?

eyyub-kerimov2Əyyub Kərimov: «General Zakir Nəsirov cəzaçəkmə müəssisəsində, amma Hacı Məmmədov keçmiş MTN-nin təcridxanasında cəza çəkir»

Xəbər verildiyi kimi, Daxili Işlər Nazirliyinin (DIN) Baş Cinayət Axtarış Idarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilən, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun səhhətində problem yaranıb. Hacı Məmmədovun vəkili Afət Qazıyeva bildirib ki, DTX-nın Istintaq Təcridxanasında saxlanılan H.Məmmədovun səhhətində ciddi problemlər yaranıb: “Yaranan problemlə bağlı Hacı Məmmədov Penitensiar Xidmətin Binə qəsəbəsindəki Ixtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Hazırda orada həkim nəzarətində saxlanılır”.

Bəlli Olduğu Kimi, Hacı Məmmədov Uzun Illərdir Keçmiş Mtn-In Təcridxanasında Saxlanılır. Son Illərdə Ilk Dəfədir Ki, Təcridxanadan Çıxarılan H.Məmmədov Görəsən, Yenidən Saxlandığı Yerə Qaytarılacaq, Yoxsa Yox?

Hüquqşünas Əyyub Kərimov söyləyir ki, səhhətində yaranan problemlər həll olunandan sonra Hacı Məmmədov da  qanunvericiliyin tələblərinə uyğun şəkildə, bütün məhbuslar kimi, cəzaçəkmə yerinə göndərilməlidir. Əyyub bəy hesab edir ki, yeni yaradılan Təhlükəsizlik Xidməti Idarəsi cəzaçəkmə yeri deyil və bütün məhkəmə instansiyalarını keçən adamın cəzasını MTN-in təcridxanasında çəkməsi rast gəlinməyən hadisə olub:

“Artıq o məsələ aradan qaldırılmalıdır. Hacı Məmmədov səhhətindəki problem aradan qaldırılandan sonra yenidən saxlandığı yerə qaytarılmamalıdır və cəzaçəkmə yerlərindən birinə göndərilməlidir. O artıq özünü sığortalayıb. Artıq onun üçün təhlükə yoxdur. Yəni o, Ali Məhkəməyə müraciətində  təzyiq və təhdid altında Zakir Nəsirovun üzünə yalandan durduğunu etiraf edib. Belə bir adam cəzaçəkmə müəssisəsində o qədər də xoş qarşılanmır. Zakir Nəsirova aid məsələdə insanlar Hacı Məmmədovu bağışlamayacaq. Hacı Məmmədov həm bununla bağlı, həm də ona imkan verilməyən, heç vaxt demədiyi məsələləri açıqlamaq istədiyini bildirib. Onun cəzaçəkmə müəssisəsinə köçürülməsində qorxu aradan qaldırılıb”.

Ə.Kərimov söyləyir ki, bütün hallarda H.Məmmədovun köhnə yerində saxlanmasına ehtiyac qalmayıb. MTN ləğv edilib və yeni qurum yaradılıb. Eləcə də, Eldar Mahmudov qanunvericiliyin tələblərini pozaraq onu hansı məsələlərə görəsə MTN-in təcridxanasında saxlayırdısa, bu gün o özü və təmsil etdiyi nazirlik də ləğv edilib:

“Ömürlük cəzaya məhkum olunan general Zakir Nəsirov cəzaçəkmə müəssisəsində cəza çəkir, amma Hacı Məmmədov keçmiş MTN-in təcridxanasında cəza çəkir. Hesab edirəm ki, Hacı Məmmədov artıq cəzaçəkmə müəssisəsinə göndərilməli və onun saxlanmasıyla bağlı qanunvericiliyin pozulması halı aradan qaldırılmalıdır”.

Nigar