Yatsenyukun harda olduğu bilinmir

YatsenyukUkraynanın keçmiş baş naziri Arseni Yatsenyuk istefaya gedəndən sonra heç kimlə ünsiyyətdə olmayıb və böyük ehtimalla ölkədən gedib. Bu barədə Ukrayna saytları yazıb. Onun nə Kiyevdəki mənzilində, nə də ki, Novıe Petrovtsı kəndindəki ata evində olmadığı məlumdur. Bəzi mənbələr isə  Arseni Yatsenyukun Argentinaya qaçdığını iddia edir. “Arseni Yatsenyuk Argentinaya gedib. Bu iş səfəridir, istirahətdir yaxud qaçışdı – bilinmir. Nə vaxt qayıdacağı da məlum deyil”.

Keçmiş baş nazirin mətbuat xidməti də Yatsenyukun harada olması ilə bağlı məlumat verməkdən imtina edib.