Rusiya Azərbaycanın daxili işlərinə necə müdaxilə edir?

kremlİxrac edilən məhsullar da Rusiyanın tələblərinə uyğun olmalıdır

YAP hakimiyyətinin anti-milli siyasəti hər addımda özünü açıq şəkildə göstərir. Bu hakimiyyətin Rusiya sevgisi, milli maraqları Rusiyanın maraqlarına qurban verməsi hamıya bəlli olan həqiqətdir. Təkcə, Rusiyanın Qarabağ məsələsində tutduğu mövqe, bu ölkənin Ermənistana birmənalı dəstəyi və hökumətimizin bütün bu baş verənlərə seyrçi mövqeyi mənzərəni daha da şəffaflaşdırır.

Amma bu qədər birmənalı dəstəyə baxmayaraq, Ermənistanda Rusiya əleyhinə yürüş-mitinqlər keçirilir, Putin rejimi qarşısında sərt tələblər qoyulur. Azərbaycan hökuməti isə bütün məsələlələrdə hökmranlığı Rusiyanın öhdəsinə buraxıb.

Bəli, hökumətimiz təkcə Qarabağ məsələsində deyil, digər məsələlərdə də Rusiyanın tələblərini icra edir. Belə ki, Rusiya Azərbaycan qarşısında yeni fitosanitar tələblər qoyub.  Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əməkdaşları bu il ÿiki dəfə -ÿmart və aprel aylarında Azərbaycanda səfərdə olublar. Səfərdə əsas məqsəd Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağadan sonra, Türkiyə mənşəli məhsulların Azərbaycan məhsulu adı altında qonşu ölkəyə ixrac olunub-olunmamasını müəyyənləşdirmək və qarşısını almaqdır. Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Xidmətinin bir neçə laboratoriyasına baş çəkərək, avadanlıqlar və bitki məhsullarının laborator yoxlanması üsulları ilə tanış olublar.ÿOnlar həmçinin daxili bazarda satışa çıxarılan, ölkəyə idxal olunan və ya xaricə ixrac edilən kənd təsərrüfatı məhsullarının laborator analizinin hansı qaydada aparılması və sertifikatların verilməsi prosesi ilə yerində tanış olublar. Birinci tələb odur ki, bitkiçilik məhsulları istehsal edən istixana və təsərrüfatlar haqqında məlumatlar Rusiyaya təqdim edilməlidir. Ikincisi, Rusiyaya bitkiçilik məhsulları hər bir istehsalçıya məxsus qablaşdırma materialıÿ-ÿtaralarda göndərilməli və qablaşdırma materialları Gömrük Ittifaqının tələblərinə uyğun markalanmalıdır. Sonuncu maddədə isə qeyd edilir ki, bitkiçilik məhsullarına verilən fitosanitar sertifikatlarda istehsalçının adı və ünvanı qeyd edilməlidir.

Göründüyü kimi Rusiya özünü bu ölkənin sahibi kimi aparır və  öz qaydalarını diktə edir. Məsələ burasındadır ki, Azərbaycan müstəqil dövlətdir və bütün qaydaları özü müəyyənləşdirir. Rusiya tərəfi bu ölkəyə ixrac olunan malları sərhəddə, gömrükdə yoxlaya bilər. Amma Rusiyanın Fitosanitar Nəzarət üzrə Federal xidməti Azərbaycanın loboratoriyalarına, parniklərinə baxış keçirir, öz qaydalarını diktə edir. Ən əsası isə bütün bunlar qarşı Türkiyənin məhsullarının Rusiyaya ixracının qarşısını almaq məqsədilə edilir.

Bəs, Ilham Əliyev deyirdi ki, heç kim bizim daxil işimizə qarışa bilməz? Necə olur ki, Rusiya bizim ən elementar daxili işlərimizə də qarışır? Niyə hökumət Rusiyaya bu qədər hökmranlıq imkanı tanıyır? Axı, Rusiya hansı haqla bizim ixrac siyasətimizə qarışır və ölkənin içinə girib Türkiyəyə qarşı iş aparır? Müstəqillik belə olur? Rusiya qarşısında bu qədər təzim etmək müstəqilliyə təhdid deyilmi?

Hər il Rusiyada minlərlə insan saxta araqların qəbuluna görə dünyasını dəyişir. Niyə rusiyalı mütəxəssislər öz ölkələrində fitosanitar qaydalara əməl etmirlər, öz problemləri ilə məşğul olmurlar?

Dövləti milli qüvvələr idarə etməyəndə, şəxsi maraqlar milli maraqalrın belinə minəndə nəticə belə olur.

Indi Rusiya nəinki Qarabağ məsələsində, ixrac siyasətimizdə də bizə güzəşt etmir. Bir daha qeyd edirik ki, Rusiyanını hansısa dövlət qurumunun Azərbaycanın daxilində hansısa sahələrə nəzarət etməsi, öz standartlarını tətbiq etməsi, Azərbaycan qarşısında tələblər irəli sürməsi absurddur, yolverilməzdir.

Azərbaycan hakimiyyəti Rusiya qarşısında bu qədər acizdir və bu acizliklə dövləti gücləndirmək, milli maraqları qorumaq mümkün deyil.

Samir