Ağstafa rayonunda intihar hadisəsi baş verib. Rayonun Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Rayon sakini 1984-cü il təvəllüdlü Dilqəm Hüseynov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intirar edib. Onun asılmış vəziyyətdə meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.
Mərhumun hansı səbəbdən canına qəsd etdiyi hələlik məlum deyil.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (ANS PRESS)



